Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviyanın “Liepaya” klubu səfərdə Belarusun “Dinamo” klubu ilə qarşılaşıb.
2:1 hesabı ilə qalib gələn "Liepaya" növbəti mərhələyə yüksəlib. İlk oyunda komandalar 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
"Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkov 77-ci dəqiqədə Vüqar Əsgərovu oyuna buraxıb. "Liepaya"nın ikinci qoluna "Qəbələ"nin sabiq futbolçusu Dodo imza atıb.
Latviya təmsilçisi II raundda İsveçin “Norçöpinq” klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi