Afrika Millətlər Kubokunun qalibi bəlli olub.
Sportal.az xəbər verir ki, Misirdə keçirilən turnirin final matçında Əlcəzairlə Seneqal yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın ikinci dəqiqəsində hesabı açan Əlcəzair millisi üstünlüyü sona qədər qoruyub və matçda qallib ayrılıb.
Bu, Əlcəzairin ikinci çempionluğu olub. Komanda sonuncu dəfə 1990-cı ildə Afrikanın ən güclüsü olub.
Afrika Millətlər Kubokunu ən çox Misir qazanıb (7 dəfə). Kamerunun 5, Qananın 4, Nigeriyanın 3 çempionluğu var.
Seneqal - Əlcəzair - 0:1
Qol: Baqdad Bundejah, 2
saytlarin hazirlanmasi