Mərakeş yığmasının baş məşqçisi Erve Renar istefa verib.
Sportal.az xəbər verir ki, federasiya 50 yaşlı mütəxəssisin istefasını qəbul edib.
Mərakeş millisi Afrika Millətlər Kubokunda mübarizəni 1/8 finalda dayandırdığı üçün fransalı mütəxəssis postundan getməyə qərar verib.
Renar 2016-cı ildən millinin baş məşqçisi idi.
saytlarin hazirlanmasi