Misirdə keçirilmiş Afrika Millətlər Kubokunun finalından sonra baş tutmuş mükafatlandırma mərasimində maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, turnirin qalibi Əlcəzair millisinin yarımmüdafiəçisi Riyad Mahrez kuboku alan zaman Misirin baş naziri Mustafa Madbuli və ölkənin İdman naziri Əşrəf Sofiyə salam verməyib.
Mahrezin bu addımı sosial şəbəkələrdə geniş müzakirə olunub.
Əlcəzair Seneqalı finalda 1:0 hesabı ilə məğlub edib və 2-ci dəfə Afrika çempionu olub.
saytlarin hazirlanmasi