Arıdıcl 3 mövsümdür Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyən Kiyev "Dinamo"sunun rəhbərliyi radikal addımlar atıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Kiyev klubu başda Aleksandr Xatskeviç olmaqla, məşqçilər korpusunu tam tərkibdə istefaya göndərib.
"Dinamo" onun rəhbərliyi altında ardıcıl 3 mövsümdür ÇL-də mübarizəni pley-offun astanasında dayandırır. Sonuncu uğursuzluq dünən "Brügge" ilə qarşılaşmada oldu. Ötən həftə Belçikada minimal hesabla uduzan (0:1) ukraynalılar dünən Kiyevdə də bu rəqiblə bacarmayıb (3:3).
46 yaşlı mütəxəssis 2017-ci ildə baş məşqçi təyin olunmuşdu.
saytlarin hazirlanmasi