Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali İrlandiyanın "Linfild" klubu ölkə çepionatında ikinci turun oyununa çıxıb.
Sportal.az xəbər verir ki, "mavilər" evdə "Kolrein"lə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.
"Linfild" üç turdan sonra üç xal toplayıb. Belfast təmsilçisinin ikinci turdakı oyunu təxirə salınmışdı.
"Linfild" avqustun 22-də "Qarabağ"ı qəbul edəcək. "Vindsor Park"da reallaşacaq baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.
Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi