Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun hücumçusu Zlatan İbrahimoviçi səhv salıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla oyunlar üçün heyəti açıqlayarkən yanlışlığa yol verib. O, "Ərzurumspor"da çıxış edən Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Prosineçkinin yanlışlığını jurnalistlər gülüşlə qarşılayıb.
saytlarin hazirlanmasi