"Qəbələ"nin keçmiş futbolçusu karyerasını başa vurdu

11:11 - 26 Avqust 2019

"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay "Instagram" hesabında karyerasını başa vurduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi 36 yaşında butsılarını mıxdan asıb.

 

Qay "Şaxtyor" (Donetsk), "Çyornomorets", "Kuban", "Olimpik" (Donetsk" kimi klublarda çıxış edib. 2015-2016-cı illərdə "Qəbələ"də oynayan ukraynalı futbolçu 51 oyuna 14 qol vurmuşdu. Qay Ukrayna millisində 29 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti