Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Misir Futbol Federasiyasının dəvətinə əsasən, təyinatlar reallaşıb.
Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.
saytlarin hazirlanmasi