Braziliya millisinin sabiq futbolçusu Kafunun oğlu Danilo Feliçiano de Morayeş dünyasını dəyişib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Milan"ın sabiq müdafiəçisinin oğlu ötən gün dostları ilə futbol oynayarkən ürək tutmasından vəfat edib.
30 yaşlı Danilo xəstəxanaya aparılsa da, o, gözlərini əbədi olaraq yumub.
Danilo Kafunun üç oğlundan ən böyüyü idi.
saytlarin hazirlanmasi