AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Slovakiya ilə qarşılaşacaq Xorvatiya yığması daha bir itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "damalılar"ın müdafiəçisi Tin Yedvay zədələndiyi üçün hər iki qarşılaşmanı buraxacaq. Leverkuzen "Bayer"inin futbolçusu yığmanın heyətindən çıxarılıb.
Daha öncə İvan Rakitiçlə Mateo Kovaçiç Xorvatiya millisdən kənar qalmışdı.
Xorvatiya yığması bu gün Slovakiyanın, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.
saytlarin hazirlanmasi