Qazaxıstanın "Astana" klubunun baş məşqçisi Roman Qriqorçuk komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az sports.kz saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis "Astana"da qalacağını deyib:
"Astana" ilə bir çox zəfərə qovuşmaq və yeni uğurlar üçün böyük arzum var".
Ukraynalı mütəxəssis 2015-2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub. Qriqorçuk 2018-ci ildən "Astana"nı çalışdırır.
saytlarin hazirlanmasi