PSJ-dən "San Paulu"ya keçən Dani Alveş açıqlama verib.
Sportal.az "Globo Esporte"yə istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi "Yuventus" və "Barselona"ya qayıtmaq ehtimalının olduğunu, ancaq Braziliya klubunu seçdiyini deyib:
"Yuventus" və "Barselona"ya qayıtmaq şansım var idi. Ancaq DÇ-2022-yə hazır olmaq istəyirdim. Klubların çoxu mənə bu istəyimi reallaşdırmaq üçün lazım olan təklifi etmədi. Çünki mənə inanmırdılar. Son dövrümün gəldiyini düşünürlər".
Dani Alveş "San Paulu" ilə 2022-ci ilə qədər müqavilə imzalayıb və 4 oyuna 1 qol vurub.
Braziliya millisinin üzvü 2008-2016-cı illərdə "Barselona", 2016-2017-ci illərdə isə "Yuventus"da çıxış edib.
saytlarin hazirlanmasi