Kipr I Liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi APOEL səfərdə “Paralimni” ilə qarşılaşıb. Nikosiya təmsilçisi 1:2 hesabı ilə uduzduğu matçda 90+4 və 90+10-cu dəqiqələrdə vurduğu qollarla geri dönüş edib - 3:2.
APOEL bu qələbədən sonra 6 xalla 5-ci pillədə qərarlaşıb.
“Qarabağ”ın APOEL-lə ilk oyunu oktyabrın 24-də Bakıda, cavab görüşü isə noyabrın 7-də Kiprdə keçiriləcək.
saytlarin hazirlanmasi