Qazaxıstanın "Ordabası" klubunun baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan klublarından birini çalışdıracağı ilə bağlı verilən suala cavab verib.
Sportal.az kazfootball.kz saytına istinadən xəbər verir ki, gürcü mütəxəssis Qazaxıstan Premyer Liqasının 28-ci turunda "Kayrat"la keçirilən oyundan sonra mətbuat konfransında yayılan məlumatı əsassız adlandırıb:
"Azərbaycanda heç kimlə danışıq aparmıram".
Kaxaber Sxadadze 2009-2015-ci illərdə "İnter"in baş məşqçisi olub.
saytlarin hazirlanmasi