Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 28-ci turunda “Jetısu” ilə keçirilən görüşün (0:0) ən yaxşı futbolçuları arasında yer alıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperin “Instat”ın təhlilinə əsasən, indeks balı 245 olub. Emil komandasında matçın ən yaxşı 3-cü oyunçusu olub.
Emil Balayev Qazaxıstan Premyer Liqasında 699 dəqiqədir ki, qol buraxmır.
saytlarin hazirlanmasi