"Astana" Riçard Almeydanı göndərməyə təəssüflənmədi"

14:33 - 1 Oktyabr 2019

Sportz.kz saytı Qazaxıstan çempionatında çıxış etmiş ən uğurlu braziliyalı futbolçularla bağlı yazı tirajlayıb.

 

Sportal.az xəbər verir ki, yazıda "Astana"da çıxış etmiş "Qarabağ"ın futbolçusu Riçard Almeyda və Ağdam klubunun sabiq oyunçusu Perdo Enrikedən də bəhs olunub:

 

"Pedro Enrike Qazaxıstanda bir neçə ay keçirdi, avrokuboklarla müqayisədə Premyer Liqada az oynadı. Buna baxmayaraq, onun ötən il "Astana"nın uğurlarına verdiyi töhvə çox əhəmiyyətlidir. Pedro komandaya Avroliqda növbəti dəfə qrupa düşməsində kömək etdi və Tomasovla birlikdə bu turnirdə aparıcı qüvvə oldu. Digər braziliyalı - Azərbaycan millisinin üzvü Riçard Almeydanın isə "Astana"da çıxışı zəif alındı. Onu göndərməyə təəssüflənmədilər".

 

Pedro və Almeyda 2018-ci il yayından qışa qədər "Astana"da oynayıb. Riçard ötən mövsümün qış fasiləsində "Qarabağ"a qayıtdı. Pedro isə hazırda Türkiyə Super Liqa təmsilçisi "Kayserispor"da çıxış edir.

Xəbər xətti