Azərbaycan millisinin düşərgəsindən ayrılan Ramil Şeydayev Moskva "Dinamo"sunda məşqlərinə qoşulub.
Sportal.az xəbər verir ki, paytaxt klubu Rusiya Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Krasnodar"la oyunun hazırlıqlarını davam etdirir.
Komanda müvəqqəti baş məşqçi Kiril Novikovun rəhbərliyi altında hazırlaşır.
Moskvalılar 12 oyundan sonra 10 xalla turnir cədvəlində 15-ci yeri tutur.
"Dinamo" - "Krasnodar" oyunu oktyabrın 20-də baş tutacaq.
saytlarin hazirlanmasi