Almaniya II Bundesliqasında 10-cu tura start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu "Nürnberq"i qəbul edib və 4:3 hesablı qələbə qazanıb.
Nazarov oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 29 yaşlı futbolçu 62-ci dəqiqədə təyin edilən penaltini dəqiq yerinə yetirməklə hesabı 1:1 edib. Qalan vaxtda qapılara daha 5 top vurulub. Qalib gələn tərəf isə "Aue" olub - 4:3.
Dima bu mövsüm çempionatda 5 qol vurub.
"Aue" 18 xalla 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi