Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su evdə "Krasnodar"la 1:1 hesablı heç-heçə edib.
Komandanın yeni baş məşqçisi Kiril Novikov Şeydayevi oyuna buraxmayıb. 22 yaşlı forvard sonadək ehtiyatda qalıb.
"Dinamo" turnir cədvəlində 11 xalla 15-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi