Küveyt Premyer Liqasında dördüncü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" səfərdə "Əl-Nəsr Küveyt"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Son iki qarşılaşmada zədə səbəbindən oynamayan Kamal bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
24 yaşlı dayaq yarımmüdafiəçi birinci turda həftənin rəmzi komandasında yer almışdı. Mirzəyev bu qarşılaşmada da ən yaxşılardan olub.
"Əl-Salmiyə" 7 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi