Ukrayna Premyer Liqasında XII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Oleksandriya” səfərdə lider Donetsk “Şaxtyor”u ilə qolsuz heç-heçə edib.
Bu, “Şaxtyor”un mövsümdə ilk xal itkisi olub.
Paşayev 60-cı dəqiqədə meydana daxil olub.
“Oleksandriya” 12 turdan sonra 20 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi