Albaniya çempionatında 10-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” evdə “Teuta” ilə 1:1 hesablı heç-heçə edib.
Zədəli olduğu üçün Tiranada müalicə alan Turabov qarşılaşmanın iştirakçısı olmayıb. 22 yaşlı futbolçu hələ komandaya qoşulmayıb.
“Biliş” 17 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi