Küveyt Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" "Əl-Tadamon"u qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Kamal bu qarşılaşmada da 90 dəqiqə meydanda olub. Komandasının aparıcı simasına çevrilən 24 yaşlı dayaq yarımmüdafiəçi matçın 82-ci dəqiqəsində hesab 1:1 olarkən vacib qol vurub. Bu, onun Küveyt klubunda ilk qolu olub.
"Əl-Salmiyə" 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi