Küveyt Premyer Liqasında 5-ci turunda azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" "Əl-Tadamon"u evdə məğlub edib - 3:1.
Sportal.az xəbər verir ki, 90 dəqiqə meydanda olan Kamal Küveyt klubunda ilk qolunu vurub.
Komandada aparıcı simaya çevrilən 24 yaşlı dayaq yarımmüdafiəçi matçın 82-ci dəqiqəsində hesab 1:1 olarkən fərqlənib.
"Əl-Salmiyə" 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi