Avropa Liqasında "Qarabağ"ın rəqibi olan APOEL-də yenə gərginlik baş verib.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Tomas Dolla vingeri Musa əl-Tamarinin münasibətləri növbəti dəfə korlanıb.
İordaniyalı futbolçu Kipr I Liqasının 8-ci turunda AEK-lə matçın 66-cı dəqiqəsində əvəzlənməsinə əsəbləşib. Tomas Doll həmin vaxt Tamarinin hərəkətinə reaksiya verməsə də, onu yenidən cəzalandıracağı istisna deyil.
Almaniyalı mütəxəssis "Qarabağ"la Bakıdakı son oyunda Tamarini intizamsızlığına görə oynatmamışdı.
saytlarin hazirlanmasi