Qazaxıstan Premyer Liqasında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" sonuncu turda evdə "Aktobe"ni 2:1 hesabı ilə məğlub edib.
Emil qarşılaşmada 90 dəqiqə meydanda olub.
"Tobol" qalib gəlsə də, çempionatı 63 xalla 4-cü yerdə bitirib və Avropa Liqasına vəsiqə qazana bilməyib.
"Asana" 69 xalla 1-ci olub. 1 xal geri qalan "Kayrat" 2-ci, "Ordabası" 65 xalla 3-cü pilləni tutub. "Atırau" və "Aktobe" Premyer Liqa ilə vidalaşıb. "Taraz" isə elitada qalmaq üçün pley-off oyunları keçirəcək.
saytlarin hazirlanmasi