Bosniya və Herseqovinada polis çoxlu futbol hakimini saxlayıb.
Sportal.az xəbər verir ki, bəzi hakimlər vəzifələrində korrupsiyaya yol verib, pul və bahalı hədiyyələr qarşılığında oyunların nəticəsinə təsir edəcək qərarlarla yadda qalıblar. Hətta buna görə Bosniya və Herseqovina Futbol Federasiyasının rəhbəri İrfan Duriç də saxlanılıb və istintaqa cəlb edilib. Onunla yanaşı, bir neçə funksioner də sorğu-sual edilir.
Saxlanılan hakimlər arasında A siyahısına daxil edilən referilər də var. Onların arasında İliya Jivkoviç, Halis Poprenoviç, Kənan Bayraqtareviç, Miloş Qiqoviç və Zoran Qrbiç kimi hakimlər var.
saytlarin hazirlanmasi