İsveç Futbol Federasiyasına UEFA-dan danışılmış oyunlarla bağlı bildiriş gəlib.
Sportal.az xəbər verir ki, federasiya əsas liqadan III Diviziona qədər 47 oyunla bağlı araşdırmalara başlayıb. Federasiya manipulyasiya olunmuş oyunlarda iştirak edən şəxsləri üzə çıxarmaq üçün axtarışdadır.
2019-cu ilin may ayında İsveçdə "Roskilde" klubunun baş məşqçisi Kristian Lonstrupun futbolçuları danışılmış oyunlarda iştirakçı olmağa məcbur etdiyi ortaya çıxmışdı.
saytlarin hazirlanmasi