Lippi Suriyaya məğlubiyyətdən sonra istefa verdi

10:35 - 15 Noyabr 2019

Çin millisinin baş məşqçisi Marçello Lippi istefa verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Suriyaya 1:2 hesablı məğlubiyyətindən sonra istefasını açıqlayıb.

 
Çin millisi seçmə mərhələdə 4 oyuna 7 xal toplayıb və A qrupunda 2-cidir. Qrupa 12 xalla Suriya başçılıq edir.

  
71 yaşlı mütəxəssis 2016-cı ildən Çin millisini çalışdırırdı. O, 2019-cu ilin yanvarında istefa versə də, federasiya may ayında Fabio Kannavaronu vəzifəsindən göndərib, Lippini geri qaytarmışdı.

 

Xəbər xətti