İngiltərə millisi 2019-cu ildə böyük məhsuldarlıq nümayiş etdirib.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, 10 matçda 38 qol vuran yığma tarixinin ən yaxşı ikinci göstəricisinə imza atıb.
İngilislər yalnız 111 il əvvəl - 1908-ci ildə daha yaxşı göstəriciyə imza atıb. Yığma həmin zaman 7 oyunda 39 dəfə fərqlənib. Futbolun yaradıcılarının yeganə dünya çempionluğunu əldə etdiyi 1966-cı ildə isə indiki ilə eyni məhsuldarlıq olub. Komanda həmin zaman 17 görüşdə 38 top vurub.
Qaret Sautqeytin rəhbərlik etdiyi İngiltərə yığması bu il UEFA Millətlər Liqasında 1, AÇ-2020-nin seçmə mərhələsində 37 qola sevinib.
saytlarin hazirlanmasi