Danışılmış oyunlara görə 9 nəfər saxlanıldı

14:51 - 27 Noyabr 2019

İspaniya polisi futbol matçlarında oyun alqı-satqısı ilə bağlı 9 nəfəri saxlayıb.

 

Sportal.az xəbər verir ki, həbs olunanlar arasında bir neçə fəal oyunçu da var. Saxlanılanlar korrupsiya, çirkli pulların yuyulması, əmlakdan qanunsuz istifadəyə görə şübhəli bilinirlər.

 

Bu, hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı ikinci əməliyyatıdır. İlk proses bu ilin mayında olub. Həmin vaxt "Real Madrid"in sabiq futbolçusu Raul Brava saxlanılıb.

Xəbər xətti