“Golden boy” mükafatının qalibi məlum oldu

16:30 - 27 Noyabr 2019

"Tuttosport"un sorğusu ilə Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” ("Qızıl Oğlan") mükafatının sahibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu mükafata "Atletiko"nun yarımmüdafiəçisi Joau Feliş layiq görülüb. Portuqaliyalı futbolçu 332 səslə Ceydon Sanço (“Borussiya”, Dortmund -175) və Kay Havertsi (“Bayer” - 75) qabaqlayıb.

 

“Golden Boy” mükafatı dekabrın 16-da Turində keçiriləcək tədbirdə təqdim ediləcək.

Xəbər xətti