4 ildən sonra Gürcüstan çempionu oldu

10:26 - 2 Dekabr 2019

Tbilisinin “Dinamo” klubu 4 ildən sonra Gürcüstan çempionu olub.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu sonuncu - 36-cı turda “VİT-Corcia”nı 2:0 hesabı ilə məğlub edərək, 17-ci dəfə ölkə çempionluğunu qazanıb.

 

2-ci yeri “Dinamo Batumi”, 3-cü yeri isə ötən mövsümün çempionu Tbilisinin “Saburtalo” tutub.

 

Tbilisi "Dinamo"su 2020/2021-ci mövsümündə Gürcüstanı Çempionlar Liqasında təmsil edəcək. Avropa Liqasında isə “Dinamo Batumi”, “Saburtalo” və “Lokomotiv” klubları çıxış edəcəklər.

Xəbər xətti