İtaliyanın "Udineze" klubundan ayrılan xorvatiyalı baş məşqçi İqor Tudor karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis "Hayduk" klubunun baş məşqçisi təyin edilib. Split təmsilçisi sabiq futbolçusu və çalışdırıcısı ilə 2,5 illik müqavilə imzalayıb.
Tudor daha öncə 2013-2015-ci illərdə "Hayduk"u çalışdırmışdı. Mütəxəssis PAOK, "Karabükspor", "Qalatasaray" və "Udineze" klublarının da baş məşqçisi olub.
saytlarin hazirlanmasi