UEFA Qazaxıstanın "Ordabasi" klubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, qurum maliyyə qaydalarına əməl etməyən klubu 2020/2021 və 2021/2022 mövsümündə avrokuboklarda iştirak etməsinə qadağa qoyub. Bundan əlavə, klub 100 min avro cərimə edilib.
"Ordabasi" borcları ödədiyini sübut etsə, cəza aradan qalxacaq.
"Ordabasi"nı 2009-2015-ci illərdə "İnter"in (hazırkı "Keşlə) baş məşqçisi olmuş Kaxaber Sxadadze çalışdırır.
saytlarin hazirlanmasi