Emil Balayev "Tobol"u tərk edə bilər.
Sportal.az xəbər verir ki, vesti.kz saytı 25 yaşlı qolkiperin Premyer Liqada ötən mövsümkü çıxışını yüksək qiymətləndirib. Nəşr Emilin ölkə xaricindən təkliflərinin olduğunu qeyd edib:
"Azərbaycan millisinin əsas qapıçısı müdafiənin yaxşı qurulduğu komandada idi. Bu, Emilə mövsümün 18 matçında qapısını toxunulmaz saxlamasına kömək etdi. O, həqiqətən də alman təcrübəsi ilə güclənən qapıçı istedadını göstərdi. "Tobol"un futblçusu ilə xarici klubların maraqlanması əbəs yerə deyil və böyük ehtimal var ki, o, klubu tərk edəcək".
Balayevin komandaya erməni mütəxəssis Qriqori Babayanın baş məşqçi gəlişindən sonra Qazaxıstan klubundan ayrılacağı iddia olunur.
saytlarin hazirlanmasi