“Football World Rankings” portalı 2019-cu ildə dünyanın ən yaxşı məşqçilərinin son reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan klublarının məşqçiləri arasında ən yüksək nəticə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
O, 1054 xalla 575-ci yerdə qərarlaşıb. Qurbanov 2018-ci ili 461-ci sırada başa vurmuşdu.
İlk "1000-liy"ə “Neftçi”nin baş məşqçisi Roberto Bordin də daxil olub. İtaliyalı mütəxəssis 818 xalla 678-cidi. O, ötən ilin dekabr ayının siyahısı ilə müqayisədə 283 pillə irəliləyib.
saytlarin hazirlanmasi