Umut Meraş: “Elə hesab edirik ki, Türkiyədə oynayacağıq”

15:29 - 27 Dekabr 2019

Türkiyə milli komandasının üzvü Umut Meraş Avropa çempionatının final mərhələsində düşdükləri qrupdan danışıb. 

 

Sportal.az xəbər verir ki, Fransanın “Havr” klubunun formasını geyinən 24 yaşlı sol cinah futbolçusu ölkəsinin mətbuatına müsahibəsində şansları dəyərləndirib: “İlk oyun İtaliyada, üstəlik, ev sahiblərinə qarşı açılış matçında. Komandamız böyük oyunları həmişə sevir. İndidən turnirdə keçirəcəyimiz oyunları düşünürəm. Digər iki oyunumuzu isə Azərbaycanda keçirəcəyik. Elə hesab edirik ki, Türkiyədə oynayacağıq. Bu, bizim üçün üstünlükdü. İtaliya ilə görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm".

 

24 yaşlı futbolçu hədəflərinin qitə birinciliyini qazanmaq olduğunu vurğulayıb: "Ələbəttə ki, hədəf çempionluqdur. Bacardığımız qədər irəliləmək istəyirik. Hələlik yalnız İtaliya ilə görüşə baxacağıq. Ondan sonra davamının gələcəyinə inanıram”.

 

Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya, növbəti matçlarını həmin ayın 17-də Uels, 21-də isə İsveçrəyə qarşı Bakıda keçirəcək.

 

Xəbər xətti