UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"dan başqa hər bir kluba 56 794,43 məbləğində ödəniş olunub.
Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.
"Neftçi" - 56,794.43 avro
"Səbail" - 56,794.43 avro
"Qəbələ" - 56,794.43 avro
"Zirə" - 56,794.43 avro
"Sumqayıt" - 56,794.43 avro
"Sabah" - 56,794.43 avro
"Keşlə" - 56,794.43 avro
"Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
saytlarin hazirlanmasi