“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki karyerasını bitirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Sportske Novosti”yə açıqlamasında bu barədə danışıb. O, Avropa çempionatından sonra yığma karyerasını bitirməyi düşündüyünü deyib.
Rakitiç 2007-ci ildən Xorvatiya millisində çıxış edir. O, yığmada 106 oyuna çıxıb və 15 qol vurub.
saytlarin hazirlanmasi