"Qarabağ" ilin ən yaxşı komandası oldu

11:19 - 29 Dekabr 2019

Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

 

Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.

 

2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, “Səbail” qapısında daha çox qol görüb.

 

Ümumiyyətlə, il ərzində yalnız iki komanda  – “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.

Xəbər xətti