Hər il Azərbaycanda ilin futbolçusunun seçilməsinə dair müxtəlif sorğular keçirilir. Bu sorğularda, əsasən, jurnalistlər, azarkeşlər, idman xadimləri iştirak edir.
Sportal.az xəbər verir ki, oxu.az budəfəki sorğuda məşqçilərin fikirlərini öyrənib.
Premyer Liqada yarışan səkkiz komandanın baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin dörd üzvü ilin futbolçusunu müəyyənləşdirmək üçün sorğuda iştirak edib. Onlar Azərbaycan Premyer Liqasında oynayan yerli və xarici oyunçuların, ölkədən kənarda çıxış edən azərbaycanlı futbolçulardan ilk “üçlüy”ü qurub.
Maraqlıdır ki, Ayxan Abbasov hər üç futbolçunun adını çalışdırdığı “Sumqayıt”dan çəkib. Daha bir maraqlı məqam odur ki, sorğuda ilk sırada üç məşqçi “Qarabağ”ın Mərakeş əsilli fransalı futbolçusu Abdulla Zubirin adını hallandırıb. Eyni sayda Azərbaycan millisinin əsas qapıçısı, hazırda Qazaxıstanın “Tobol” klubuna məxsus olan Emil Balayev də səs toplayıb.
Bu səbəbdən ikinci yerdə ən çox adıçəkilən futbolçulara “müraciət etdik”. Ancaq elə ikinci yerdə də ən çox adıçəkilən futbolçular Zubirlə Emil olub. Hərəyə iki məşqçi onların adını çəkib.
Məşqçilərin seçiminə əsasən, Azərbaycanda ilin futbolçuları Abdulla Zubirlə Emil Balayevdir.
Yeri gəlmişkən, “Neftçi”nin futbolçusu Emin Mahmudov da bu iki futbolçu qədər – beş dəfə səs toplayıb. Lakin onun adı cəmi bir dəfə birinci sırada, hərəyə iki dəfə ikinci və üçüncü sırada çəkilib.
Premyer Liqa klublarının baş məşqçiləri:
Qurban Qurbanov (“Qarabağ”): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Mahir Əmrəli;
Roberto Bordin (“Neftçi”): 1. Voyislav Stankoviç, 2. Rişard Almeyda, 3. Emin Mahmudov;
Tərlan Əhmədov (“Keşlə”): 1. Emin Mahmudov, 2. Qara Qarayev, 3. Vüsal İsgəndərli;
Ayxan Abbasov (“Sumqayıt”): 1. Vüqar Mustafayev, 2. Əmir Ağayev, 3. Peyman Babayi;
Zaur Həşimov (“Zirə”): 1. Maksim Medvedev, 2. Ağabala Ramazanov, 3. Cavid Hüseynov;
Jelko Sopiç (“Sabah”): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Riçard Almeyda;
Elmar Baxşıyev (“Qəbələ”): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə;
Aftandil Hacıyev (“Səbail”): 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Mahir Əmrəli.
AFFA Məşqçilər Komitəsinin üzvləri:
Vaqif Sadıqov (sədr): 1. Abdulla Zubir, 2. Emil Balayev, 3. Mahir Əmrəli;
Şakir Qəribov: 1. Bəhlul Mustafazadə, 2. Abdulla Zubir, 3. Mahir Əmrəli;
Ağasəlim Mircavadov: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Emin Mahmudov;
Şahin Diniyev: 1. Emil Balayev, 2. Abdulla Zubir, 3. Bəhlul Mustafazadə.
saytlarin hazirlanmasi