Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov, Premyer Liqada mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
saytlarin hazirlanmasi