Bosniya və Herseqovina yığmasından ayrılan Robert Prosineçki Türkiyədə çalışacaq.
Sportal.az "Futbol Arena"ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis “Kayserispor”la razılaşıb. Xorvatiyalı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələcəyi bildirilir.
Prosineçki 2012-2013-cü illərdə də "Kayserispor"un baş məşqçisi olub.
50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun Nikola Yurçeviçin gedişindən sonra yığmaya qayıdacağı gözlənilirdi.
saytlarin hazirlanmasi