Macarıstanlı FIFA referisi Viktor Kaşşai karyerasını başa vurduğunu bəyan edib.
Sportal.az xəbər verir ki, 44 yaşlı referi idman sahəsində çalışmağa davam edəcəyini bildirib. O, 30 illik fəaliyyətinə son qoymağın və karyerasında yeni səhifənin açmaq vaxtının olduğunu deyib.
Kaşşai 1999-cu ildən hakimliyə başlayıb. O, 2003-cü ildə FIFA referisi adını alıb. FIFA Kaşşaini 2011-ci ildə ilin hakimi seçib.
Təcrübəli referi 2005-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş "Neftçi" - "Anderlext" (1:0) matçını idarə etmişdi. O, 2016/17 mövsümündə Avropa Liqasının pley-off mərhələsində baş tutmuş "Maribor" - "Qəbələ" matçına (1:0) da təyinat almışdı.
saytlarin hazirlanmasi