"Trabzonspor"la yolları ayıran Ünal Karaman vida mesajı yazıb.
Sportal.az xəbər verir ki, o vida sözlərində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə yer verib:
"Şam əgər yanmırsa, yaşamır demək,
Onun yaşamağı yanmağındadır..."
Karaman 2018-ci ildən Qara dəniz təmsilçisini çalışdırırdı. "Bordo-maviliər" Super Liqada 17 turdan sonra 32 xalla turnir cədvəlində 3-cüdür.
saytlarin hazirlanmasi