Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Antalyaspor" xorvatiyalı çalışdırıcı Styepan Tomasla yollarını ayırıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Tomas noyabrda baş məşqçi təyin edilmişdi. "Antalyaspor" onun rəhbərliyi altında keçirdiyi 6 oyunda qalib gəlməyib.
saytlarin hazirlanmasi