İspaniya La Liqasında mübarizə aparan "Espanyol"un transfer hədəfində olan "Şanxay SIPG" klubunun hücumçusu Halk yayılan xəbərlələ münasibət bildirib.
Sportal.az xəbər verir ki, Braziliya millisinin keçmiş üzvü Avropaya qayıtmağı düşünmür. Bu barədə Çin klubunun idman direktoru Rufete yayılan xəbərləri təkzib edib:
"Gəlin, gülməli olmayaq. Klubu çempionatda saxlamaq üçün mübarizə aparırıq. Belə bir vaxtda transfer barədə fikirləşmək düzgün deyil. Belə iddiaların necə ortaya çıxdığını müəyyən etmək çətindir".
33 yaşlı hücumçu 2016-cı ildə 56 milyon avro qarşılığında "Zenit"dən Çin klubuna keçmişdi. Halk Çin təmsilçisində 124 oyuna 68 qol vurub, 53 assist edib.
saytlarin hazirlanmasi