Cənubi Amerikada 2019-cu ilin ən yaxşı futbolçusu açıqlanıb.
Sportal.az xəbər verir ki, "Flamenqo"nun hücumçusu Qabriel Barboza bu ada layiq görülüb. Braziliyalı futbolçu "El Pais" nəşrinin sorğusunda iştirak edən jurnalistlərin sorğusuna əsasən, qalib olub.
23 yaşlı forvard müqavilə ilə "İnter"ə məxsusdur. "Qabiqol" ləqəbli futbolçu ötən il 47 oyuna 36 qol vurub
saytlarin hazirlanmasi